Bank Of Baku

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqunun növbəti sayı nəşr edilib

Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqunun növbəti sayı nəşr edilib
# 03 oktyabr 2011 12:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri kataloqu nəşr edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, kataloqun növbəti sayı 2010-cu ilin yekunlarına həsr olunub. Kataloqun yeni sayı bu günlərdə işıq üzü görüb. Kataloqda Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənib. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir.
Kataloq elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR