Bank Of Baku

Azərbaycanda satışda olan məişət duzlarının tərkibi yoxlanılır

Azərbaycanda satışda olan məişət duzlarının tərkibi yoxlanılır
# 03 oktyabr 2011 12:37 (UTC +04:00)
Bu haqda APA-ya RGEM-nin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. İ. Abdullayev deyib ki, yoxlamalar Bakı şəhərini və respublikanın bütün rayonlarını əhatə edir. Onun sözlərinə görə, duzun yodlaşdırılması ilə bağlı Azərbaycanda vəziyyət yaxşılaşsa da, hələ də bir sıra problemlər var: “Məsələn, satışda hələ də kustar üsullarla hazırlanan duzlara rast gəlmək olar. Ticarət müəssisələrini rəhbərləri belə duzları qəbul edərkən mütləq bu məhsullara verilmiş gigiyenik və uyğunluq sertifikatlarını tələb etməlidirlər. Bununla yanası, duz istehsalçılarından mütləq qaimələr də tələb olunmalıdır. Çünki elə təşkilatlar var ki, öz məhsulunu digər bir istehsalçının duzuna verilmiş gigiyenik sertifikatlarla satır. Belə hallar bizim tərəfimizdən araşdırılır və bu nöqsanlara yol verənlərə qarşı inzibati qaydada tədbirlər görülür”.

İ. Abdullayev onu da qeyd edib ki, RGEM hazırda Bakı şəhəri və Abşeron rayonunda satışda olan qəhvənin fiziki-kimyəvi, toyuq əti və yumurtanın isə təhlükəsizlik göstəricilərini yoxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR