Bank Of Baku

Gələn həftədən Ermənistanda əhalinin siyahıyaalınmasına başlanır

Gələn həftədən Ermənistanda əhalinin siyahıyaalınmasına başlanır
# 03 oktyabr 2011 13:11 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Ermənistan əhalisinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib.

APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, komissiyanın sədri, Ermənistan baş nazirinin müavini Armen Gevorkyanın sədrliyi ilə keçirilən iclasda hazırlıq işlərinin yekunları müzakirə olunub.

Ermənistan Statistika Xidmətinin rəhbəri Stepan Mnatsiakyan görülmüş işlər barədə yekun arayışla çıxış edib. Armen Gevorkyan bütün strukturları əhalisinin siyahıyaalınmasının yüksək səviyyədə təşkili və keçirilməsi üçün kömək göstərməyə çağırıb. Beynəlxalq və yerli təşkilatlara göstərilən köməyə görə təşəkkür edən baş nazirin müavini prosesin təşkili üçün zəruri şərtlərin yerinə yetirildiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan əhalisinin siyahıyaalınmasına oktyabrın 12-dən başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR