Bank Of Baku

SYSLAB Bakı Mərkəzinin açılış mərasimi keçirilib

SYSLAB Bakı Mərkəzinin açılış mərasimi keçirilib
# 04 oktyabr 2011 08:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Bakı Baş Məşğulluq Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakıdakı nümayəndəliyi, Norveçin SYSLAB şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Bakı Mərkəzinin açılış mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, açılış mərasimində çıxış edən Baş Məşğulluq İdarəsinin rəis müavini Xaliq İlyasov bildirib ki, mərkəz il ərzində 120 nəfər işaxtaran şəxslərə təlim dəstəyi göstərmək, iş axtarma bacarıqlarını inkişaf etdirməklə dövlətin həyata keçirdiyi məşğulluq siyasətində innovasiyanın inkişafına töhfə vermək və işaxtaranları əmək bazarına inteqrasiya etməyi məqsəd tutur: “Layihədə iştirak etdikləri 4-6 ay ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar. Layihə periodu təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir”.

X.İlyasov bildirib ki, layihə çərçivəsində ilkin olaraq 40 nəfər seçilib. Onlara təlimlər keçiriləcək və işlə təmin olunmalarına köməklik göstəriləcək. 1992-ci il noyabrın 23-də Bergendə təsis edilən SYSLAB - İnnovasiya və Məşğulluq üzrə Sistemlər Laboratoriyası SYSLAB International AS.-in məhsuludur.

Açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyinin, Norveç Krallığının Azərbaycandakı səfirliyinin, SYSLAB şirkətinin və KİV-in nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR