Bank Of Baku

Abel Məhərrəmov: “Yaş senzi alimlərə şamil edilsəydi, Azərbaycanda çalışan elmlər doktorlarının sayı kəskin azalacaqdı”

Abel Məhərrəmov: “Yaş senzi alimlərə şamil edilsəydi, Azərbaycanda çalışan elmlər doktorlarının sayı kəskin azalacaqdı”
# 04 oktyabr 2011 10:32 (UTC +04:00)
Yəqin ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin bununla bağlı ölkə prezidentinə təqdimatı olacaq”. APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

Azərbaycanda elm və təhsil adamlarına çox böyük diqqət olduğunu deyən A. Məhərrəmov Milli Məclisdə yaş senzi ilə bağlı müzakirələr aparılan zaman ölkə prezidentinin ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışanları yaş senzindən azad etdiyini xatırladıb: “Bu ali məktəblərdə çalışanlar tərəfindən çox müsbət qəbul edildi. Hazırda Gürcüstanda 1500-ə, Azərbaycanda 1800-ə, Ermənistanda isə 1200-ə yaxın elmlər doktoru və professor var. Əgər yaş senzi alimlərə şamil edilsəydi, o zaman Azərbaycanda çalışan elmlər doktorlarının sayı 900-ə enəcəkdi. Ona görə də düşünürəm ki, Azərbaycan prezidenti xeyirxah bir addım atdı. Bunu Azərbaycan ziyalıları, xüsusən də yaşlı nəsil çox yüksək qiymətləndirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR