Bank Of Baku

BDU Türkiyənin Ərciyəs Universiteti və Latviya Universiteti ilə anlaşma memorandumları imzalayıb - FOTO

BDU Türkiyənin Ərciyəs Universiteti və Latviya Universiteti ilə anlaşma memorandumları imzalayıb - <font color=red>FOTO</font>
# 04 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ərciyəs Universiteti və Latviya Universiteti arasında anlaşma memorandumları imzalanıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, hər iki universitetlə əməkdaşlıq tələbə-müəllim mübadiləsini, birgə qrantlar üzərində işi nəzərdə tutur.

Rektor deyib ki, memorandum akademik səviyyədə gələcək əməkdaşlıq üçün şərait yaradacaq: “Dünyada bütün proseslər qloballaşır. Amma bu qloballaşma prosesinin önündə elm və təhsil gedir. Azərbaycanı bütün dünyada iqtisadi uğurlarına, dinamik inkişafda olan ölkə olduğuna görə tanıyırlar. Dünya bizi intellektual ölkə kimi qəbul edir. Ona görə də biz inteqrasiya prosesinə öz töhfəmizi veririk”.

Anlaşma memorandumunun imzalanmasından sonra BDU-da “Azərbaycan-Latviya: mədəni-tarixi dialoq” mövzusunda sərgi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR