Bank Of Baku

Rusiya Federal Miqrasiya Xidmətinin rəis muavini: “Rusiya ilə MDB ölkələri arasında vizasız rejimin olması miqrasiya sahəsində problemlər yaradır”

Rusiya Federal Miqrasiya Xidmətinin rəis muavini: “Rusiya ilə MDB ölkələri arasında vizasız rejimin olması miqrasiya sahəsində problemlər yaradır”
# 04 oktyabr 2011 12:54 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Moskvada “RİA Novosti” informasiya agentliyində “Rusiyaya miqrantlar lazımdırmı?” adlı tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya Fedaral Miqrasiya Xidmətinin rəis muavini Yekaterina Yeqorova, Demoqrafiya İnstitunun direktor müavini Mixayıl Denisenko və miqrasiya sahəsində tanınmış mütəxəssislər iştirak ediblər. Yekaterina Yeqorova Rusiya ərazisindəki qeyri-qanuni miqrasiyanın həcmi, miqrantların iş yerlərini zəbt etməsi, miqrantların ölkə ərazisindəki cinayətkarlığa təsiri ilə bağlı statistikanı açıqlayıb.

Y. Yeqorova 2011-ci ilin 8 ayı ərzində Rusiya ərazisinə 9,8 milyondan çox xarici vətəndaşın daxil olduğunu söyləyib. Onun sözlərinə görə, bunların 50,34 faizi şəxsi məqsədləri üçün gələnlər, 12,47 faizi iş axtarmağa gələnlər, 2,53 faizi xidməti işlə əlaqədar gələnlər, 11,13 faizi turistlər, 1 faiz isə təhsillə bağlı gələnlərdir: “Bunlardan 6,7 milyonu miqrasiya qeydiyyatına alınıb. Rusiya ərazisindən miqrasiya qaydalarını pozduğuna görə, 15653 xarici vətəndaş deportasiya edilib. 1991-ci ildən 2002-ci ilə qədər miqrasiya haqqında qanunun olmaması miqrasiya siyasətinə ən böyük təsir edən amildir. Qanun qəbul olunandan sonra isə artıq miqrasiya siyasətini tənzimləmək bir qədər mümkün olub. Miqrasiya ilə bağlı ən böyük problem MDB ölkələrinin vətəndaşları ilə bağlıdır. Belə ki, Rusiya ilə həmin ölkələr arasında vizasız rejimin olması miqrasiya sahəsində problemlər yaradır. Bu gün Rusiyada miqrantların sayına görə ilk yerləri Ukrayna və Qazaxıstan vətəndaşları tutur”.

Lomonosov adına Moskva Dövlət Universiteinin Əhalinin Problemlərini Öyrənən Mərkəzin direktoru Olqa Çudinovskix miqrantların ölkə ərazisində baş verən cinayətlərdə iştirakının statistikasını açıqlayıb. Belə ki, statistikaya görə, Rusiyada il ərzində gəlmələr tərəfindən törədilən cinayətlər rusiyalılar tərəfindən törədilən cinayətlərin sayından 2 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR