Bank Of Baku

TQDK sədri Naxçıvan Dövlət Universitetində olub - FOTO

TQDK sədri Naxçıvan Dövlət Universitetində olub - <font color=red>FOTO</font>
# 04 oktyabr 2011 13:15 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş «Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri» mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edən TQDK sədri Məleykə Abbaszadə Naxçıvan Dövlət Universitetində (NDU) olub. NDU-nun mətbuat şöbəsindən APA-ya verilən məlumata görə, tələbə şəhərciyini gəzən M. Abbaszadə ayrı-ayrı fakültələrdə tədris prosesini izləyib, əsaslı təmir olunan və ən müasir tələblərə cavab verən Tələbə evində yaradılan şəraitlə tanış olub.
TQDK sədrinə müasir avadanlıqlarla təchiz olunan «Azərbaycanşünaslıq mərkəzi», «Tələbə Turizm Assosiasiyası»nın işi, habelə magistratura təhsili sahəsində tətbiq olunacaq yeniliklər haqqında ətraflı məlumat verilib. M. Abbaszadə tələbələrə yaradılan şəraitdən lazımi səviyyədə istifadə edərək elmi biliklərə dərindən yiyələnməyi tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR