Bank Of Baku

“Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib

“Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib
# 04 oktyabr 2011 16:04 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə “Pensiyaların təyinatı ilə bağlı problemlərin həlli” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə əsas məqsəd pensiyaların təyinatı zamanı baş verə biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması üçün səmərəli üsullar təklif etmək olub.
Dəyirmi masada bildirilib ki, son illərdə pensiyaların təyin edilməsi və verilməsi sahəsində müəyyən irəliləyişlər olsa da, bir sıra nöqsanlar hələ də qalmaqdadır. Buna görə də müvafiq dövlət qurumları bu problemlərin həll olunmasında vətəndaş cəmiyyəti təşkilatları ilə birgə davamlı tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edib.
Tədbirdə DSMF Aparatının rəhbəri Əjdər Cəbiyev, DSMF Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR