Bank Of Baku

Bu ilin sonunadək 26 mindən artıq təhsil işçisi İKT təlimlərində iştirak edəcək

Bu ilin sonunadək 26 mindən artıq təhsil işçisi İKT təlimlərində iştirak edəcək
# 05 oktyabr 2011 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində 26200 min təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə müxtəlif təlimlərdə iştirak edəcək. Bu barədə “APA-Economics”ə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

“Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə görə, İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərə 2011-ci ilin sonuna kimi təhsil sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb olunacaq. Təlim kursları Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Lerik, Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, Zaqatala, Zərdab rayonlarının əhatə edir. Təlimlər təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və “İntel - Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir.

V.Xanlarov qeyd edib ki, bu ilin sonuna kimi təhsil sisteminin inzibati-idarəetmə heyətinin 3700 min nəfəri də İKT üzrə təlimlərə cəlb ediləcək. İnzibati-idarəetmə heyəti üçün təlimlər Bakı, Sumqayıt, Ağdam, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Göyçay, Gədəbəy, Qobustan, Qubadlı, Şəmkir, Şuşa və Xocalı məktəblərini əhatə edir.

Bundan əlavə, “1 şagird-1 kompüter” layihəsi üzrə 300 müəllim, “Həmkara dəstək” layihəsi 300 müəllim, “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrə 350 nəfər, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərinin pedaqoji heyətinin “Təhsil portalından istifadə üzrə təlim vəsaiti”ni tətbiq etməklə təhsil portalından istifadə üzrə 250 müəllim də xüsusi təlim keçəcək.

Qeyd etmək lazımdır ki, 2008-2010-cu illərdə Dövlət Proqramı çərçivəsində 69 000 artıq müəllim və təhsil sisteminin inzibati işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR