Bank Of Baku

Azərbaycanda doktoranturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb

Azərbaycanda doktoranturaya keçiriləcək qəbul imtahanlarının vaxtı açıqlanıb
# 05 oktyabr 2011 07:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimovun APA-ya verdiyi məlumata görə, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında doktoranturaya qəbul imtahanlarının vaxtı müəyyənləşib. AMEA-nın elmi təşkilat və müəssislərində doktoranturaya ixtisas fənləri üzrə imtahanlar oktyabrın 19-da başlayacaq və 25-nə qədər davam edəcək.

Doktoranturaya sənəd verənlərin sayının çoxluğunun nəzərə alındığını deyən Arif Həşimov buna görə də qəbul imtahanlarının noyabrın sonuna kimi uzanacağını deyib.
Onun sözlərinə görə, oktyabrın 26-dan doktoranturaya xarici dil və fəlsəfədən imtahanlar başlayacaq.

A.Həşimov qeyd edib ki, AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 yerə qarşı 478 nəfər sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR