Bank Of Baku

“Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” layihəsinin yerinə yetirilməsi ilə bağlı seminar keçirilib

“Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” layihəsinin yerinə yetirilməsi ilə bağlı seminar keçirilib
# 05 oktyabr 2011 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına maliyyələşdirilən “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” adlı pilot layihənin yerinə yetirilməsi haqqında hesabat və monitorinq xarakterli seminar keçirilib. APA-nın məlumatına görə, seminarda çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, 2009-cu ildə yaradılan fondun məqsədi ölkədə elmin inkişafına təkan verməkdir və bu qrant layihələri vasitəsilə ilə reallaşdırılır: “Layihə çərçivəsində Fiziki İnstitutunun cihaz, avadanlıq, qurğu, maddi-texniki bazasının tamamilə yenilənməsi nəzərdə tutulur. Layihə çərçivəsində Yaponiya, Almaniya və Amerikadan avadanlıqlar alınacaq. Bunlar əsasən nanotexnologiyası sahəsində olan cihazlardır. Əminəm ki, Azərbaycan alimləri bu sahədə öz sözlərini deyəcəklər” .

E. Babayev qeyd edib ki, layihə çərçivəsində cihazların alınması ilə yanaşı, gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi də təmin olunacaq. Bu tipli layihələr AMEA-nın digər institutlarında da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR