Bank Of Baku

Təhsil Nazirliyinin kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

Təhsil Nazirliyinin kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
# 05 oktyabr 2011 09:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov başda olmaqla nazirliyin kollektivi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, ziyarətçilər H. Əliyevin abidəsi önünə əklil qoyublar.

5 oktyabr tarixinin Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərarı 1966-cı il oktyabrın 5-də UNESCO verib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Azərbaycanda da hər il bu tarix təhsil işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu il də tədrisdə fərqlənən bir qrup müəllimə fəxri adlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR