Bank Of Baku

Akademik Akif Əlizadə: “Palçıq vulkanları yerləşən bəzi ərazilərdə tikinti işlərinin qarşısı hələ də alınmayıb”

Akademik Akif Əlizadə: “Palçıq vulkanları yerləşən bəzi ərazilərdə tikinti işlərinin qarşısı hələ də alınmayıb”
# 05 oktyabr 2011 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə deyib. A. Əlizadə qeyd edib ki, qarşıya çıxan problemin həlli üçün hökumət qurumları tərəfindən reaksiya çox zəifdir: “Yəni bizim müraciətlərimizə cavabın verilməsi müddəti uzun çəkir. Başqa ölkələrdə palçıq vulkanlarının ərazisi qorunur. Həmin ərazilərdə dövlət parkları yaradılır və turistlərin ora səfərləri təşkil edilir. Çünki bu təbiət fenomenidir”.

A. Əlizadə bildirib ki, palçıq vulkanizmi böyük geoloji problemdir. Azərbaycan dünya miqyasında bu baxımdan ən maraqlı ərazidir və burada mütəmadi olaraq palçıq vulkanları püskürürr: “Bizdə palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Müvafiq monitorinqlər aparmışıq və orda ifraz olunan füluidlərin - maddələrin tərkibi, yaşı və qazların tərkibi araşdırılır. Azərbaycanda 250-300 palçıq vulkanı ocağı mövcuddur. Əgər dünyada 800 palçıq vulkanı ocağı varsa, bunun 300-ə yaxını Azərbaycanın payına düşür”.

Akademik Azərbaycanda 100 ilə yaxındır bu istiqamət üzrə tədqiqatlar aparıldığını da diqqətə çatdırıb: “Bizdə palçıq vulkanların atlası hazırlanır. Yaxın 1 il ərzində bu atlasın təqdimatı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR