Bank Of Baku

AMEA Geologiya İnstitutunun direktoru: “Yeni metodik yanaşmaya əsasən Azərbaycan ərazisində 9-10 ballıq zəlzələ ocaqları var”

AMEA Geologiya İnstitutunun direktoru: “Yeni metodik yanaşmaya əsasən Azərbaycan ərazisində 9-10 ballıq zəlzələ ocaqları var”
# 05 oktyabr 2011 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə verib.

Akademik deyib ki, zəlzələ ocaqlarının müəyyənləşdirilməsi ilə bağlı yeni metodik yanaşma mövcuddur: “Yeni yanaşmaya görə, Azərbaycan ərazisində 9-10 ballıq ocaqlar var. Bu metodik yanaşma ilə bağlı diskussiyalar aparılmalıdır. Biz təklif etdik ki, onları rus və gürcü seysmoloqları ilə birgə araşdıraq”.

O, Azərbaycanın yeni seysmik xəritələrinin hazırlanmasına ehtiyac olduğunu da qeyd edib: “Bu haqda dəfələrlə məsələ qaldırmışıq, hələ reaksiya yoxdur. Xəzər dənizi özlüyündə seysmoaktiv zonadır. Biz dəfələrlə təklif etmişik ki, Xəzərdə yerləşən neft buruqlarında monitorinqlər keçirilsin, hər platformada seysmoqraflar quraşdırılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR