Bank Of Baku

UNESCO: Azərbaycanda ibtidai sinif müəllimlərinin kəskin qıtlığı müşahidə olunur

UNESCO: Azərbaycanda ibtidai sinif müəllimlərinin kəskin qıtlığı müşahidə olunur
# 05 oktyabr 2011 10:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə UNESCO tərəfindən açıqlanmış “İbtidai sinif müəllimlərinə qlobal tələbat” (The global demand for primary teachers) adlı hesabatda deyilir. UNESCO-nun Statistika İnstitutu tərəfindən Beynəlxalq Müəllimlər Günü ərəfəsində tərtib edilmiş müvafiq cədvələ əsasən, beynəlxalq ibtidai təhsil üzrə BMT-nin məqsədlərinə cavab vermək üçün hər il Azərbaycanda 3%-dən 20%-ə qədər müəllim kadrlarının artırılması tələb olunsa da, bu hədəfə nail olunmur. Sənədə görə, hazırda Azərbaycanda təqribən 44 min ibtidai sinif müəllimi var. Amma UNESCO hesab edir ki, bu rəqəmin 2015-ci ilə kimi 54 minə kimi çatdırmağa ehtiyac var. Açıqlanmış sənəddə, həmçinin Azərbaycanda ibtidai sinif müəllimlərinin ən azı 81%-ni xanımların təşkil etdiyi qeyd olunub.

Hesabata görə, ümumilikdə dünya boyunca 2 milyon ibtidai sinif müəllimi qıtlığı hiss olunur və ən ağır vəziyyət bəzi Afrika ölkələrində müşahidə edilir. İbtidai sinif müəllimi qıtlığı ilə həm də ABŞ, İspaniya, İrlandiya və digər inkişaf etmiş ölkələr üzləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR