Bank Of Baku

Nazir müavini: “Xaricdə təhsil alan gənclərin işsizlik problemi yoxdur”

Nazir müavini: “Xaricdə təhsil alan gənclərin işsizlik problemi yoxdur”
# 05 oktyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində məzun olmuş gənclərin işsizlik və iş tapmaq problemi yoxdur. APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov 5-ci yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir müavini deyib ki, hərbi xidmətə çağırılan gənclər istisna olmaqla, xaricdə məzun olmuş gənclərin hamısı işlə təmin edilib: “Xaricdə təhsil alan gənclər dövlət qulluğuna müsabiqədən kənar, yalnız müsahibə yolu ilə qəbul edilirlər. Təkcə Dövlət Neft Fondunda xaricdə təhsil alan 10, Milli Bankda 8 məzun işləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR