Bank Of Baku

Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışı ilə bağlı mətbuat konfransı keçirilib

Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışı ilə bağlı mətbuat konfransı keçirilib
# 05 oktyabr 2011 12:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Oktyabrın 3-də Bakıda “İteca Caspian LLC” şirkəti və onun tərəfdaşı olan “İTE Group PLC” şirkətinin təşkilatçılığı ilə 5-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi başlayacaq. APA-nın xəbərinə görə, sərgidə dünyanın 15 ölkəsindən 103 təhsil müəssisəsi və təşkilatı iştirak edəcək.

Sərginin açılışı ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən “İteca Caspian LLC” şirkətinin direktor müavini Bəhruz Hidayətzadə bildirib ki, sərgi iştirakçılarının 40 faizi yeni iştirakçılardır. Sərginin ümumi ekspozisiyasının 70 faizini xarici təhsil müəssisləri, 30 faizini isə yerli iştirakçılar təmsil edir. Ümumilkdə sərginin ekspozisiyasına 75-dən çox ödənişli və ödənişsiz fakültə daxildir. Sərgi daha çox yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulub. Bu il Azərbaycanda “Turizm ili” olduğundan sərgidə 23 təhsil müəssisəsi turizm sahəsi üzrə ixtisasları təqdim edəcəklər.

Sərgi oktyabrın 8-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR