Bank Of Baku

BDU-da Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-da Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 05 oktyabr 2011 12:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iştirak edib.

BDU-nun rektoru Abel Məhərrəmov çıxışında müstəqilliyin əvəzedilməz olduğunu vurğulayıb: “Azərbaycan iki dəfə müstəqil olub. Birinci dəfə 1918-ci ildə müstəqil olanda biz onu qoruyub saxlaya bilmədik. İkinci dəfə müstəqilliyi çətinliklə əldə etdik. Amma ikinci müstəqilliyin saxlanılması onun əldə edilməsindən çətin oldu”.

Tədbirdə R. Aslanova, Z. Əsgərov və başqaları da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR