Bank Of Baku

Qəbələdə qədim yaşayış məskəni tapılıb

Qəbələdə qədim yaşayış məskəni tapılıb
# 05 oktyabr 2011 12:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Qəbələ rayonunda qədim yaşayış məskəni tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbəblə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, Qəbələdə aeroport tikintisi üçün ayrılmış ərazidə torpaq işləri aparılarkən insan sümükləri və keramika qalıqları tapılıb. Dərhal ərazidə qazıntı işləri dayandırılıb və bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib: “Bu ərazidə 300-400 il əvvələ aid olan müsəlman qəbirləri də vardı. Onlar artıq başqa yerdə basdırılıb. İlkin qazıntılara görə, bu ərazi e.ə. IV – bizim eranın VIII əsrlərini, son tunc-ilk dəmir dövrünü əhatə edir. Amma qazıntılar hələ davam edir. Ehtimal var ki, bu abidə daha qədim dövrləri əhatə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR