Bank Of Baku

İsrail hökuməti Azərbaycan və Orta Asiyada kənd təsərrüfatı və tibb sahəsində proqramlar həyata keçirəcək

İsrail hökuməti Azərbaycan və Orta Asiyada kənd təsərrüfatı və tibb sahəsində proqramlar həyata keçirəcək
# 05 oktyabr 2011 13:06 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. İsrail XİN-in Beynəlxalq Əməkdaşlıq və Yardım Mərkəzi (MAŞAV) Azərbaycan və Orta Asiya ölkələri üçün kənd təsərrüfatı və tibb sahəsində proqramlara başlayır. APA-nın “İzrus” saytına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində İsrail həkim və fermerləri Azərbaycan və Orta Asiyadan olan həmkarları ilə qabaqcıl təcrübələrini bölüşəcək.

İsraillilər mürəkkəb tibbi əməliyyatların keçirilməsi, fövqəladə hallarda iş şəraiti, müasir kənd təsərrüfatı texnikasını nümayiş etdirəcəklər. Dekabr ayında Azərbaycana gələcək İsrailli kənd təsərrüfatı mütəxəssisləri isə arıçılıq sahəsində malik olduqları qabaqcıl təcrübəni bölüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR