Bank Of Baku

İSESKO ölkələri təhsil nazirləri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun proqramını dəstəkləyib - FOTO

İSESKO ölkələri təhsil nazirləri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun proqramını dəstəkləyib - <font color=red>FOTO</font>
# 05 oktyabr 2011 13:07 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində İSESKO Ali Məktəb və Elmi Araşdırma Nazirlərinin Təcili Sessiyası öz işinə başlayıb. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən APA-ya verilən məlumata görə, sessiyanın birinci günündə “Effektivliyin əsas göstəriciləri – İslam ölkələri universitetlərində peşəkarlığın artırılması və qiymətləndirilməsinin əsas göstəriciləri” adlı işçi sənəd müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilib. Tədbirin ikinci günü dəyirmi masa iştirakçıları “Keyfiyyət artımına nail olmaq üçün ali təhsil sahəsində əlaqələrin gücləndirilməsi” mövzusunda müzakirələr aparıblar. Sessiyanın ikinci günü DƏ-İKGF-nin baş katibi, səfir Elşad İskəndərov qeyri-formal təhsil sahəsində rəhbərlik etdiyi forumun gördüyü işlər haqqında məlumat verib. E. İskəndərov bu il dünyada ilk dəfə olaraq Azərbaycanda öz işinə başlayan “İslam Əməkdaşlıq Təşkilatı Modeli” haqqında danışaraq bu proqramın gələcəkdə bütün İƏT ölkələrində keçirildiyini bildirib: “Azərbaycanda keçirilən bu proqram çərçivəsində gənclər effektiv kommunikasiya, çoxtərəfli diplomatiya və insan haqları problemlərinin müzakirə olunduğu və öyrənildiyi simulyasiya oyunlarında iştirak ediblər. Proqram “İƏT XİN Sammiti Modeli”nin keçirilməsi ilə sona yetib”.
E.İskəndərov İKT ölkələrində təhsil alan tələbələr arasında genişmiqyaslı proqramların inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib, bununla bağlı bir sıra universitetlərlə DƏ-İKGF-nin Avropa ölkələrində “Erasmus” və “Sokrates” proqramlarına analoji olan “Mövlanə” proqramının hazırlanması üzrə əməkdaşlıqdan da danışıb.
Çıxışında İSESKO ilə əməkdaşlığa yüksək qiymət verən DƏ-İKGF-nin baş katibi iki təşkilat arasında imzalanmış əməkdaşlıq haqqında memorandum, xüsusilə gənclərin “Anım Günü” proqramı çərçivəsində maarifləndirilməsi işləri haqqında danışıb. E.İskəndərov qeyd edib ki, DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva və İSESKO-nun baş direktoru Əbdül Əzir əl Tüveyciri arasında imzalanmış sənədlə öz təsdiqini tapmış adıçəkilən proqram dünyanın 50-dən çox ölkəsində həyata keçirilir. Çıxışda dünya gənclərinin İKT ölkələrinin tarixində baş vermiş faciələrlə bağlı məlumatlandırılmasında “Xocalıya Ədalət!” kampaniyasının rolu qeyd edilib. DƏ-İKGF-nin baş katibi Təhsil Nazirlərinin öncə keçirilən sessiyalarında Xocalı faciəsi haqqında məlumatların üzv-ölkələrdə dərsliklərə salınması işlərinin sürətlənəcəyinə ümid etdiyini bildirib.
E.İskəndərov o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə təhsil sahəsində aparılan islahatlardan, xüsusilə Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alınmasının dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı Dövlət Proqramından danışıb. DƏ-İKGF-nin nümayəndə heyətinin üzvü kimi baş katibin müşaviri Hacı Hüseyn Şirvani sessiyanın işində iştirak edib. Sessiya öz işini davam etdirir. Azərbaycanı bu tədbirdə bu ölkənin Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR