Bank Of Baku

Litva səfiri: “Litva ali məktəblərində onlarla azərbaycanlı təhsil alır”

Litva səfiri: “Litva ali məktəblərində onlarla azərbaycanlı təhsil alır”
# 05 oktyabr 2011 14:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Litvanın Azərbaycandakı səfirliyi Litva ali məktəblərinin təqdimatını keçirib. APA-nın xəbərinə görə, təqdimatda Litvanın 11 ali təhsil müəssisəsinin nümayəndə heyətləri iştirak edib.

Litva səfiri Kestutis Kudzmanas ölkəsində təhsil sahəsinin çox inkişaf etdiyini, azərbaycanlı tələbələrin də Litva ali məktəblərinə getdikcə daha çox maraq göstərdiyini söyləyib: “Litvada onlarla azərbaycanlı tələbə təhsil alır. Hər il səfirlik Heydər Əliyev Fondu ilə birlikdə 20-25 tələbəni Litvaya pulsuz təhsil almağa göndərir. Biz bu ənənəni davam etdirəcəyik”.

Səfir fizika, kimya, biologiya, informasiya, mühəndislik, memarlıq, beynəlxalq hüquq və Avropa Birliyi hüququ kimi ixtisaslara daha çox maraq olduğunu açıqlayıb.

Daha sonra Litva universitetlərinin nümayəndələri bu ali məktəblərdə azərbaycanlı tələbələrin təhsil alması imkanlarından söz açıblar. Təhsil rus və ingilis dillərində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR