Bank Of Baku

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda maliyyələşən layihələrin müzakirəsi keçirilib

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda maliyyələşən layihələrin müzakirəsi keçirilib
# 05 oktyabr 2011 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olmuş təşkilatlar üçün məlumatlandırma sessiyalarını davam etdirir.
Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maliyyələşən layihələrin müzakirəsi keçirilib.
Tədbirdə korrupsiya mövzusunda həyata keçirilən layihələrin icra vəziyyəti, aralıq dövr üçün əldə olunan nəticələr və layihələrin effektiv həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, şura tərəfindən maliyyələşən bu layihələrin sırasına “Yol mədəniyyətinin yüksəldilməsində korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə 1, “Vətəndaşlar tərəfindən dövlət orqanlarına ərizə və müraciət edilməsi işinin təkmilləşdirilməsinə dəstək” istiqaməti üzrə 3, “Regionda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” istiqaməti üzrə 4, “Qanunvericilik aktlarının antikorrupsion ekspertizası və korrupsiya ilə mübarizədə parlamentarilərin etik davranış məcəlləsi layihəsinin hazırlanması” istiqaməti üzrə isə 3 layihə daxildir. O deyib ki, 29 nəfər işçinin cəlb olunduğu bu layihələr Bakı, Gəncə, Sumqayıt, Xaçmaz, Lənkəran, Şəki, Quba, Füzuli, Salyan, Mingəçevir, Masallı, Şirvan, Şamaxı, Tərtər və sair bölgələri əhatə edir.

Tədbirdə çıxış edən layihə rəhbərləri həyata keçirilən işlər, mövcud problemlər və korrupsiyaya qarşı mübarizənin daha effektiv təşkili üzrə təkliflər verilib və layihələrin yekunu üzrə də müzakirələrin keçirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR