Bank Of Baku

APA-nın əməkdaşı Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirə buraxılmayıb

APA-nın əməkdaşı Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirə buraxılmayıb
# 05 oktyabr 2011 14:58 (UTC +04:00)
Sevil Zeynalqızı-APA. Bu gün Təhsil Nazirliyində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov ölkə başçısının sərəncamı ilə fəxri ada layiq görülən müəllimləri təbrik etmək üçün onları bir araya yığıb.

Amma Təhsil Nazirliyi müəllimlərin peşə bayramında Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) tədbiri işıqlandırmasında ayrı-seçiciliyə yol verib. Belə ki, digər kütləvi informasiya vasitələrinin əməkdaşlarına tədbiri işıqlandırmaq üçün şərait yaradılsa da, APA-nın müxbiri Təhsil Nazirliyinə buraxılmayıb. Qapıda dayanan nəzarətçilər bu haqda mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin göstərişi olduğunu bildiriblər. APA Bayram Hüseynzadə və Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarından məsələyə münasibət öyrənə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR