Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyası 5-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edəcək

Azərbaycan Diplomatik Akademiyası 5-ci Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edəcək
# 05 oktyabr 2011 15:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) 6-8 oktyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində ixtisaslaşan 5-ci beynəlxalq “Education and Career” sərgisində iştirak edəcək. ADA-dan APA-ya verilən xəbərə görə, ADA-nın stendində təhsil ocağının bu il başlayan beynəlxalq münasibətlər və biznesin idarəolunması üzrə bakalavr proqramları, 2009-cu ildən həyata keçirilən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramı (MADİA), ixtisasartırma layihələri (Xarici siyasət proqramı və Xəzər hövzəsi ölkələrinin öyrənilməsi proqramı) barədə ətraflı məlumat əldə etmək mümkün olacaq. Burada həmçinin ADA-da təhsil alan tələbələrə sual vermək, onların təcrübəsindən bəhrələnmək imkanı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR