Bank Of Baku

Azərbaycanda Dövlət qulluğu Məcəlləsi hazırlanacaq

Azərbaycanda Dövlət qulluğu Məcəlləsi hazırlanacaq
# 06 oktyabr 2011 07:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov
bildirib. Onun sözlərinə görə, Yoxsulluğun aradan qaldırılması üzrə Dövlət Proqramında komissiyanın qarşısında 2015-ci ilə qədər dövlət qulluğu ilə bağlı qanunvericiliyin məcəllələşdirilməsi barədə vəzifə qoyulub: “Komissiya artıq bu işə başlayıb. Biz hazırda İşçi Qrupu yaradırıq. Ora hüquqşünaslar və beynəlxalq ekspertlər cəlb olunacaq”.

B. Xəlilov dövlət qulluğu qanunvericiliyin 30-dan çox qanundan, 10-dan artıq digər qanunvericilik aktlarından ibarət olduğunu açıqlayıb: “Məcəllə olarsa, onun yerlərdəki dövlət orqanlarında tətbiqi daha asan olar. Məcəllələşmə aparılanda dövlət qulluğu ilə bağlı bir sıra qanunların təkmilləşdirilməsinə də böyük önəm veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR