Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının reyestrinə 17 mindən artıq dövlət qulluqçusu haqqında məlumatlar daxil edilib

Azərbaycanda dövlət qulluqçularının reyestrinə 17 mindən artıq dövlət qulluqçusu haqqında məlumatlar daxil edilib
# 06 oktyabr 2011 08:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.
Komissiya sədri deyib ki, həmin dövlət qulluqçularının bəzilərinin dövlət qulluğuna xitam verilib, bəzilərinin isə dövlət qulluğunun müddətli uzadılıb. Onun sözlərinə görə, hazırda bu iş davam etdirilir.

B. Xəlilov dövlət qulluğuna komissiyadan kənarda işə götürülmə faktları barədə suallara cavab olaraq bunları deyib: “Qanunvericiliyə uyğun olaraq, dövlət orqanının rəhbəri vakant dövlət qulluğu vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işçi götürə bilər. Lakin bu vəzifələr mütləq komissiyaya təqdim edilməli və həmin vəzifələr müsahibəyə çıxarılmalıdır. Həmin şəxslə əmək müqaviləsi yalnız 3 aya kimi bağlana bilər.
Bu müddət bitəndən sonra vakansiyalar dərhal komissiyaya təqdim edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR