Bank Of Baku

Bakıda kibercinayətkarlıqla mübarizəyə həsr olunan konfrans keçirilir

Bakıda kibercinayətkarlıqla mübarizəyə həsr olunan konfrans keçirilir
# 06 oktyabr 2011 08:26 (UTC +04:00)
APA-nın məlumatına görə, konfrans ATƏT-in Bakı Ofisi və Azərbaycan hökuməti tərəfindən təşkil olunub. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirib ki, konfransın məqsədi kibertəhlükəsizliyə hərtərəfli yanaşmanın bir hissəsi kimi, kibercinayətkarlıqla mübarizədə problemlər və onların həlli yolları barədə məlumatları artırmaqdır.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulos isə çıxışında deyib ki, kibercinayətkarlıqla mübarizə Avropa Şurasının prioritetlərindən biridir. K.Yerokostopulos dekabr ayında Avropa Şurasının Azərbaycanda bununla bağlı treninq keçirəcəyini də qeyd edib.

Tədbirdə kibercinayətlərin istintaqında beynəlxalq əməkdaşlığın daha effektiv yollarına dair müzakirələr keçiriləcək. İştirakçılar kibercinayətlərin təqibi üçün istifadə olunan qanuni çərçivə, mövcud beynəlxalq konvensiyalar, standartlar və nümunələrə barədə fikir mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR