Bank Of Baku

Gələn həftə Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinə yeni müsabiqə və müsahibə elan ediləcək

Gələn həftə Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinə yeni müsabiqə və müsahibə elan ediləcək
# 06 oktyabr 2011 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son 5 il ərzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul ilə bağlı 10 müsabiqə keçirilib. Müsabiqələrə çıxarılan 4888 vakant vəzifə üzrə qeydə alınmış 22792 namizəddən 6065 nəfəri test imtahanlarında uğur qazanıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında komissiyanın sədri Bəhram Xəlilov məlumat verib. Onun sözlərinə görə, 10 müsabiqə üzrə test imtahanından uğurla keçən 4917 namizəddən 1462 namizəd vakant vəzifəyə uyğun hesab edilib və onlardan 1125-i müxtəlif dövlət orqanlarında vakant vəzifələrə təyinat alıb.

Komissiya sədri deyib ki, iki gün öncə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə və müsahibəyə 400-ə yaxın vəzifə çıxarılıb. Vakansiyalar tamamlanandan və elan üçün hazır olandan sonra gələn həftə yenidən dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR