Bank Of Baku

“Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda dəyirmi masa keçirilib

“Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda dəyirmi masa keçirilib
# 06 oktyabr 2011 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masada dövlət orqanlarının kadr qurumlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən komissiya sədri Bəhram Xəlilov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar aparılır.
Qeyd olunub ki, ötən müddət ərzində ölkədə dövlət qulluğu ilə bağlı qanunvericilik təkmilləşdirilib, dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflıq təmin edilib, komissiyada onlayn qeydiyyat sistemi, test imtahanlarının kompüter vasitəsilə keçirilməsi tətbiq edilib, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi ilə bağlı davamlı işlər aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR