Bank Of Baku

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatının razılığı olmadan işəgötürən həmkarlar birliyinin üzvünü işdən çıxara bilməz”

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatının razılığı olmadan işəgötürən həmkarlar birliyinin üzvünü işdən çıxara bilməz”
# 06 oktyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Yerli həmkarlar təşkilatının razılığı olmadan işəgötürən həmkarlar birliyinin üzvünü işdən çıxara bilməz”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib. S. Mehbalıyev deyib ki, həmkarlar təşkilatı olmayan qurumlarda işəgötürən istənilən vaxt işçini işdən qovur. O, bunu ədalətsiz və arzuolunmaz hal olduğunu da diqqətə çatdırıb: “İşçini işdən çıxardarkən həmkarlar təşkilatının razılığının alınması ilə bağlı məqamın qanuna salınmasına çalışdıq. Lakin beynəlxalq təşkilatların tövsiyəsi ilə qanunda dəyişiklik edildi. Belə ki, Azərbaycan qanunları ilə işəgötürən həmkarlar təşkilatının üzvü olan işçini işdən çıxarması üçün həmkarlar ilk təşkilatından yazılı şəkildə razılıq alınmalıdır. Əgər razılıq alınmasa, işçi işdən çıxarıla bilməz. Əgər işdən çıxarılarsa, məhkəməyə müraciət edərək, işçinin işə bərpasına nail olmaq mümkündür”.

S. Mehbalıyev qanunda bu cür dəyişikliyin olmasının həmkarlar təşkilatlarının üzvlərinin sayının artmasına səbəb olacağını da söyləyib: “Məsələn, müəssisədə işləyən 200 nəfərdən 100 nəfəri həmkarlar təşkilatının üzvüdürsə, bu qanun digər 100 nəfər də şamil oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR