Bank Of Baku

Səttar Mehbalıyev hər il həmkarlar təşkilatlarının xətti ilə 220 min tələbəyə pulsuz yemək kartı verildiyini açıqlayıb

Səttar Mehbalıyev hər il həmkarlar təşkilatlarının xətti ilə 220 min tələbəyə pulsuz yemək kartı verildiyini açıqlayıb
# 06 oktyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) tərəfindən 2010-2011 yay imtahan sessiyasının nəticələrinə əsasən əlaçı və həmkarlar ittifaqı təşkilatların fəalı olmuş ali məktəb tələbələrinə təqaüd verilib. APA-nın məlumatına görə, bununla bağlı ATİAHİ-də keçirilən yığıncaqda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib ki, 1995-ci ildən bu günə qədər 1500-dən artıq tələbəyə adlı təqaüd verilib: “Bu gün 6 aylıq təqaüdü bir yerdə verəcəyik. İkinci dəfə isə təqaüd ilin sonunda tələbələrə təqdim olunacaq. Təqaüdün miqdarı 50 manatdır. Məqsədimiz tələbələrin elmə yiyələnməsinə stimul yaratmaqdır”.

S. Mehbalıyev qeyd edib ki, ölkə prezidenti İlham Əliyev də tələbələrin təhsilə diqqət göstərməsi üçün zəruri tədbirlər görür: “Hər bir dövlətin gələcəyi də onun gənclərinin elmi potensialından asılıdır. Gənclərimiz nə qədər sağlam və elmli olacaqsa, Azərbaycan bir o qədər inkişaf etmiş olacaq”.

S. Mehbalıyev tələbə həmkarlar təşkilatlarının fəaliyyətinə də toxunub: “10 il öncə ilə müqayisədə tələbə həmkarlar təşkilatlarında xeyli inkişaf var. Həmkarlar təşkilatları yerlərdə tələbələrin asudə vaxtlarının yaxşı keçirilməsi üçün imkan daxilində tədbirlər həyata keçirilər. Hər il təxminən 220 min tələbəyə həmkarlar təşkilatlarının vasitəsi ilə pulsuz yemək kartı verilir. Bu da ali məktəblərdə həmkarlar təşkilatlarının nüfuzunun artmasına səbəb olur”.

Tədbirdə tələbə həmkarlar təşkilatlarının rəhbərləri də çıxış edib. Daha sonra 56 ali məktəb tələbəsinə adlı təqaüdlər təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR