Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 06 oktyabr 2011 12:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də onkologiya, pediatriya və dermatovenerologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 154 həkim iştirak edib. İştirakçılardan 6 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 151 nəfər (98%) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları oktyabrın 12-də yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR