Bank Of Baku

Bakıda ABŞ təhsil yarmarkası keçiriləcək

Bakıda ABŞ təhsil yarmarkası keçiriləcək
# 06 oktyabr 2011 14:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 9-da Bakıda ABŞ Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə “ABŞ-da təhsil” yarmarkası keçirəcək. APA-nın məlumatına görə, yarmarkada 15-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq. Tədbirin məqsədi bütün maraq göstərən şəxsləri bir yerə toplayıb onları ABŞ universitetlərində təhsil imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Qeyd edək ki, Bakı Təhsil Məlumat Mərkəzi 1997-ci ildən fəaliyyət göstərən, Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən və əsas məqsədi ABŞ-da təhsil almaq imkanları haqqında məlumat yaymaq olan müstəqil təhsil və məlumat mərkəzidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR