Bank Of Baku

Azərbaycan BMT-nin Sosial statistika üzrə ekspert qrupunun ilk iclasında iştirak edib

Azərbaycan BMT-nin Sosial statistika üzrə ekspert qrupunun ilk iclasında iştirak edib
# 06 oktyabr 2011 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Banqkoqda (Tailand) keçirilmiş BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə yaradılmış Sosial statistika üzrə ekspert qrupunun ilk iclasında iştirak edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Statistikaya dair Komitəsi tərəfindən sosial statistika üzrə regional səviyyədə ölkələrə kömək məqsədilə strateji istiqamətlərin müəyyənləşdirilməsinə, o cümlədən müvafiq metodoloji və əsas tövsiyələrin hazırlanmasına dair təkliflərin Statistika üzrə Komitəyə təqdim edilməsi məqsədilə Sosial statistika üzrə mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.

Ekspert qrupuna Azərbaycan da daxil olmaqla 10 ölkənin (Avstraliya, Banqladeş, Butan, Hindistan, İndoneziya, İran, Monqolustan, Filippin, Sinqapur) və 3 beynəlxalq təşkilatın (Asiya İnkişaf Bankı, Sakit okean ölkələri Birliyinin Katibliyi və UNESCAP) mütəxəssisləri daxil edilib.

İclasda Azərbaycanı ekspert qrupunun üzvü, Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin nümayəndəsi təmsil edib.

Tədbirin əsas məqsədi Asiya və Sakit okean ölkələri üzrə regional səviyyədə sosial statistikanın təkmilləşdirilməsinə dair milli və regional səviyyədə təcrübə və fikir mübadiləsinin aparılması, ekspert qrupunun əsas vəzifələrinin və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eyni zamanda regional səviyyədə xüsusi məqsədlər, nəticələr, fəaliyyətlər və s. tədbirlərdən ibarət 2011-2012-ci illər üzrə illik iş planının müzakirəsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR