Bank Of Baku

Soçidə QDİƏT-ə üzv dövlətlərin fövqəladə hallar qurumları rəhbərlərinin toplantısı keçiriləcək

Soçidə QDİƏT-ə üzv dövlətlərin fövqəladə hallar qurumları rəhbərlərinin toplantısı keçiriləcək
# 06 oktyabr 2011 15:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Oktyabrın 7-8-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik funksiyasını yerinə yetirən Rusiya Federasiyasının təşkilatçılığı ilə Soçi şəhərində təşkilata üzv dövlətlərin fövqəladə hallar qurumları rəhbərlərinin toplantısı keçiriləcək. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanı fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev təmsil edəcək. Tədbirdə QDİƏT regionunda fövqəladə hallar zamanı yardım üzrə əməkdaşlığın gücləndirilməsi, imkanların araşdırılması, fövqəladə hallarla əlaqədar QDİƏT-ın digər beynəlxalq təşkilatlarla tərəfdaşlığı, seysmik təhlükənin qarşısının alınması üzrə region ölkələri arasında əməkdaşlıq və digər aktual məsələlərin müzakirəsi aparılacaq, habelə bir sıra sənədlər qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR