Bank Of Baku

Latviyalı is adamı olan soydaşımız Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təcili yardım maşını hədiyyə edib

Latviyalı is adamı olan soydaşımız Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təcili yardım maşını hədiyyə edib
# 06 oktyabr 2011 18:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Latviyada yaşayıb biznes fəaliyyəti ilə məşğul olan soydaşımız bu gün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) “UMBLANS” markalı təcili tibbi yardım maşınını hədiyyə edib. APA-nın Cənub bürosunun məlumatına görə, bu, əslən Lənkəranın Digah kəndindən olan və hazırda Latviya Sanitar Avtomobil Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Adıgözəl Məmmədovun ikinci hədiyyəsidir. A. Məmmədov 2003-cü ildə də Lənkəran rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına maşın hədiyyə edib. Maşının təqdimetmə mərasimində çıxış edə soydaşımız təcili tibbi yardım maşınının MRX-nin qəbul şöbəsinə verilməsinin səhiyyə xidmətinin operativliyini və keyfiyyətini yüksəltmək məqsədini daşıdığını bildirib: “Çox istədim ki, Vətənimdə də belə müasir maşınlar işləyib, xalqın köməyinə çatsınlar”.
Tədbirdə rayonun tibb işçiləri hədiyyəyə görə iş adamına minnətdarlıq edərək, ona fəaliyyətində uğurlar diləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR