Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu elektron bəyannamələrin qəbuluna başlayıb

Dövlət Sosial Müdafiə Fondu elektron bəyannamələrin qəbuluna başlayıb
# 07 oktyabr 2011 10:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu sosial sığorta bəyannamələrinin elektron variantda qəbuluna başlayıb. «APA-Economics»in məlumatına görə, bunu Fondun sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, qurulmuş sistem hələlik Azərbaycanın bütün ərazisini əhatə etmir və bu, gələn ilin əvvəlində mümkün olacaq. S.Müslümov bildirib ki, bu prosesin işə salınması ilə sosial sığorta haqları ödəyicilərinin işi asanlaşacaq.

Bundan əlavə S.Müslümov bəyan edib ki, gələn ildən başlayaraq pensiya təyinatı da elektron sistemə keçiriləcək. Bununla belə pensiyanın təyin edilməsi üçün vətəndaşlar bütün lazımi məlumatları elektron formatda sistemə daxil edə biləcəklər və pensiya təyin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR