Bank Of Baku

Almaniyanın Humboldt Universitetinin müəllim və tələbələri Şəkidə olublar - FOTO

Almaniyanın Humboldt Universitetinin müəllim və tələbələri Şəkidə olublar - <font color=red>FOTO</font>
# 07 oktyabr 2011 14:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə Azərbaycanda səfərdə olan Almaniyanın Humboldt Universitetinin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Şəkidə olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlar Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini xanım, Zərinə Cavadova ilə görüşüblər. Görüş zamanı onlara Şəkinin tarixi, iqtisadi inkişafı, turizmin inkişafı üçün yaradılan şərait, keçirilən beynəlxalq tədbirlər haqqda məlumat verilib.

Daha sonra qonaqlar Şəki Xan Sarayı, İpək toxuma müəssisəsi, tarix muzeyi ilə tanış olub, Kiş kəndində yerləşən Kiş Alban Məbədini ziyarət ediblər.

Qeyd edək ki, bundan öncə qonaqlar Qəbələ rayonunda səfərdə olublar. Burada onlar Qəbələnin iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, rayonda keçirilən beynəlxalq tədbirlər haqda məlumatlar əldə edib, bir zamanlar qədim Albaniyanın paytaxtı, bu gün isə Qəbələ şəhərinin xarabalıqları olan Çuxur qorugu ilə tanış olublar.

Qonaqların Gəncəyə səfəri nəzərə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR