Bank Of Baku

Noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə “ekologiya ayı” elan olunub

Noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə “ekologiya ayı” elan olunub
# 07 oktyabr 2011 15:08 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər təşkilatının (AMOR) rəhbəri Leyla Əliyevanın ideya müəllifi olduğu “International Dialogue for Environment Action” (IDEA) təşəbbüsü çərçivəsində noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə “ekologiya ayı” elan edilib. İDEA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iqtisadi münasibətlərin sürətli inkişafı fonunda qloballaşan dünya insanların rifah halının yaxşılaşması ilə bərabər insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri ekoloji problemlərlə üzləşib. Yerləşdiyi coğrafi məkandan asılı olmayaq, problemin qlobal xarakter daşıması hər bir fərdin şüurlu yanaşmasını və öz gündəlik fəaliyyətində dəyişiklik etməsini zəruri edir. Bu məqsədlə Azərbaycanın müxtəlif bölgə və rayonlarda maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Ay ərzində ali təhsil ocaqlarında “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyi ilə birgə “yaşıllıq həftəlikləri”nin keçirilməsi planlaşdırılır. Orta məktəblərdə isə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici müzakirələr aparılacaq. Layihə çərçivəsində, həmçinin xeyriyyə xarakterli futbol oyunu da keçiriləcək. Azərbaycanın yüksək dağ zirvələrindən birinə təşkil ediləcək gənclərdən ibarət beynəlxalq alpinist qrupun ekspedisiyası ətraf mühitin qorunmasına həsr olunmuş təmizlik işləri ilə məşğul olacaq. Təşəbbüs çərçivəsində noyabr ayının 24-27 noyabr 2011-ci il tarixlərində Qəbələdə BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsinin keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR