Bank Of Baku

Endokrinoloji Mərkəzə müraciət edən diabetli xəstələrin sayı artıb

Endokrinoloji Mərkəzə müraciət edən diabetli xəstələrin sayı artıb
# 08 oktyabr 2011 09:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Respublika Endokrinoloji Mərkəzə müraciət edən diabetli xəstələrin sayı artıb. Son 10 gündə mərkəzə 20 belə müraciət daxil olub”. Bu haqda APA-ya mərkəzin həkim-endokrinoloqu Samirə Xəlilova məlumat verib. O bildirib ki, payız aylarında mərkəzə müraciətlər daha çox olur: “Yayda uşaqların çoxlu maye içməsi çox vaxt havaların isti keçməsi ilə əlaqələndirilir. Amma valideynlər payızda bu cür hallardan şübhələnməyə başlayırlar və bizə müraciət edirlər. Müraciət edənlərin bir qismində bu xəstəliyin yeni üzə çıxdığı müəyyənləşdirilir, bəzilərində isə xəstəliyin fəsadları baş vermiş olur”. S. Xəlilova deyib ki, Respublika Endokrinoloji Mərkəzdə Bakı şəhəri üzrə 18 yaşınadək diabetli xəstələr qeydiyyata alınır. Hazırda mərkəzdə qeydiyyatda olan xəstələrin sayı 300-ə yaxındır.

Qeyd edək ki, rəsmi statistik məlumatlara əsasən Azərbaycanda 140 min diabetli xəstə var. Beynəlxalq Diabet Federasiyasının atlasında isə Azərbaycanda 400 min belə şəxsin olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR