Bank Of Baku

DSMF bu ilin 9 ayında əhaliyə 39,2 mln. manat məbləğində müavinət ödəyib

DSMF bu ilin 9 ayında əhaliyə 39,2 mln. manat məbləğində müavinət ödəyib
# 10 oktyabr 2011 07:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1525 mln. manat təşkil edib. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 249,9 mln. manat çoxdur.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 11,8% artaraq 868,6 mln. manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 515,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Fiziki şəxslər üzrə daxilolmalar 14,4%, torpaq mülkiyyətçiləri üzrə isə 16,8% artıb.

Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 352,8 mln. manat təşkil edib. Fondun xərcləri isə 1508,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 1474,7 mln. manat vəsait yönəldilib. Bu ilin 9 ayında əhaliyə 39,2 mln. manat məbləğində müavinət ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR