Bank Of Baku

Azərbaycanda bu il akkreditasiyadan keçiriləcək orta və ali təhsil müəssisələrinin siyahısı açıqlanıb

Azərbaycanda bu il akkreditasiyadan keçiriləcək orta və ali təhsil müəssisələrinin siyahısı açıqlanıb
# 10 oktyabr 2011 09:01 (UTC +04:00)
Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, oktyabrda Gəncə şəhər 27 saylı, noyabrda Şirvan şəhər 16 saylı, dekabrda isə Bakı şəhər 225 saylı orta məktəbləri akkreditasiyadan keçiriləcək. H. Zərbəliyev deyib ki, oktyabrda akkreditasiyadan keçiriləcək yeganə ali məktəb Azərbaycan Aqrar Universitetidir. Noyabrda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, dekabrda isə Azərbaycan Kooperasiya İnstitutunun akkreditasiyası baş tutacaq.

H. Zərbəliyev bildirib ki, təhsil müəssisələrinin akkreditasiyası tərtib edilən qrafikə uyğun olaraq həyata keçiriləcək və proses may ayının sonunadək davam etdiriləcək.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində 11 pilot məktəbin akkreditasiyası nəzərdə tutulub. Həmin məktəblər Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı orta məktəblərdir.

Akkreditasiyaya cəlb ediləcək ali məktəblər isə Azərbaycan Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya İnstitutu, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Dövlət Universitetidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR