Bank Of Baku

Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək
# 10 oktyabr 2011 10:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Oktyabrın 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 11-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 12-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək və bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, ayın 12-13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR