Bank Of Baku

Azərbaycanda üç nəfər rezidenturaya qazandığı yerdən imtina edib

Azərbaycanda üç nəfər rezidenturaya qazandığı yerdən imtina edib
# 10 oktyabr 2011 14:18 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, rezidenturaya ixtisas seçənlərdən 3 nəfər ixtisasını təsdiqləməyib: “Onların bu yerlərdən imtina etmələri haqqında rəsmi ərizələrini gözləyirik. Çünki sonradan hansısa problem yarada, hansısa üzürlü səbəbə görə qeydiyyatdan keçmədiklərini deyə bilərlər. Onlar ərizələri ilə öz imtinalarını təsdiq edəndən sonra biz yəqin ki, sabahdan həmin yerləri internet vasutəsilə elan edəcəyik. Müvafiq bal toplayan və müsabiqədə iştirak hüququ qazananlar həmin 3 yeri seçə biləcəklər”.

M. Abbaszadə deyib ki, boş qalan 3 yerdən biri travmatologiya, biri şüa-diaqnostikası, biri isə pediatriya ixtisası üzrədir: “Həmin şəxslər internet vasitəsilə qeydiyyatdan keçməli idilər, amma bunu etməyiblər. Mən göstəriş verdim ki, onlarla telefon əlaqəsi yaratsınlar, onlar telefonla təsdiqləyiblər ki, bu yerlərdən imtina eləyirlər. Amma bu şifahi məlumatdır. Biz onlara bir gün vaxt vermişik ki, gəlib ərizələri yazaraq rəsmi imtina etsinlər”.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən isə APA-ya verilən məlumata görə, rezidenturada təhsil oktyabrın ortalarından başlayacaq. Səhiyyə naziri Oqtay Şirəliyevin 23 iyul 2010-cu il 57 saylı əmrinə əsasən, rezidenturada təhsilin namizədlərin seçdikləri ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər olması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR