Bank Of Baku

Aida İmanquliyevanın anadan olmasının 72-ci ildönümünə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO

Aida İmanquliyevanın anadan olmasının 72-ci ildönümünə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 10 oktyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 72-ci ildönümünə həsr olunmuş “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, A. İmanquliyeva ilk müsəlman şərqşünas alim qadın kimi bütün şərq dünyasında tanınıb: “Aidə İmanquliyevanın əsərləri, elmi araşdırmaları ədəbiyyat tariximizin parlaq nümunəsidir. Aida xanım Ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmətlər göstərib”.

H. Hüseynova bildirib ki, hər il olduğu kimi, bu il də 35 yaşınadək gənc alimlər arasında A.İmanquliyevanın xatirəsinə həsr olunmuş müsabiqə keçirilib. Müsabiqənin şərtlərinə görə, birinci 3 yerin qalibləri xüsusi mükafatlara, iştirakçılar isə diplomlara layiq görülüb.

Tədbirdə çıxış edən M. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva qeyd edib ki, Aida İmanquliyevanın zəngin irsi bütün şərq dünyasına öz töhfəsini verib. Onun yaradıcılığı şərq ədəbiyyatı və mədəniyyəti üçün böyük əhəmiyyətə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR