Bank Of Baku

BDU-da Kaliforniya Texnologiya İnstitutunun professoru, Nobel mükafatı laureatı Əhməd Həsən Zevaya fəxri doktor diplomu təqdim edilib

BDU-da Kaliforniya Texnologiya İnstitutunun professoru, Nobel mükafatı laureatı Əhməd Həsən Zevaya fəxri doktor diplomu təqdim edilib
# 10 oktyabr 2011 15:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, ABŞ prezidentinin məsləhətçisi, Nobel mükafatı laureatı Əhməd Həsən Zevaya universitetinin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov Ə. Zevay haqqında məlumat verib. O, Ə. Zevayın kimya və fizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olduğunu, 1999-cu ildə kimya elmi üzrə kəşfinə görə Nobel mükafatı laureatı adına layiq görüldüyünü diqqətə çatdırıb.

A. Məhərrəmov qonağın müsəlman aləmində Nobel mükafatı fəxri adına layiq görülən iki alimdən biri olduğunu da söyləyib. Sonra Ə. Zevay müasir dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrə, sülhməramlı fəaliyyətinə görə BDU-nun fəxri doktoru adına layiq görülüb. Ə. Zevaya fəxri doktor diplomu, mantiya və xatirə hədiyyə təqdim olunub.

Çıxış edən Ə. Zevay BDU-nun fəxri doktoru olmasından məmnunluğunu dilə gətirib, elm və təhsil, müsəlman ölkələrinin gələcəyi, demokratiya ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR