Bank Of Baku

Gəncədə “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncədə “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib
# 10 oktyabr 2011 15:14 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Qərb bölgəsindən olan təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları ilk olaraq TQDK-nın fəaliyyətinə dair qısametrajlı sənədli filmə tamaşa ediblər. Elmi-praktik konfransda məruzə ilə çıxış edən TQDK-nın şöbə müdiri Arzu Bağırov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib. A.Bağırov ölkədə biliyin milli qiymətləndirmə sisteminin inkişaf yolundan geniş bəhs edərək komissiyanın əldə etdiyi nailiyyətləri qeyd edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkə rəhbərliyi digər sahələrə olduğu kimi, təhsilə də ciddi diqqət və qayğı göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR