Bank Of Baku

Azərbaycanda rezidentura üzrə boş qalmış üç yerə əlavə yerləşdirmə elan edilib

Azərbaycanda rezidentura üzrə boş qalmış üç yerə əlavə yerləşdirmə elan edilib
# 10 oktyabr 2011 15:43 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, “Müalicə işi və pediatriya” istiqaməti üzrə rezidenturaya qəbul olanlardan 3 nəfəri qeydiyyatdan keçmədiyinə görə həmin yerlərə əlavə yerləşdirmə elan edilir: “Boş qalan bir yer Azərbaycan Tibb Universitetində pediatriya, bir yer Milli Onkologiya Mərkəzində şüa terapiyası, bir yer isə Bakı şəhəri Kliniki Tibbi Mərkəzində travmatologiya-ortopediya üzrədir. Həmin ixtisasların seçimində rezidenturaya qəbul imtahanlarında “Müalicə işi və pediatriya” istiqaməti üzrə müsabiqə şərtini ödəmiş namizədlər iştirak edə bilərlər”.

İxtisas seçimi oktyabrın 11-i saat 11:00-dan oktyabrın 13-ü, saat 14:00-dək internet vasitəsilə aparılacaq. Namizədlər qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq ixtisas seçimini təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR